Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 2022-ci il oktyabrın 13-də GRE General Test imtahanı keçirilib

13 Oktyabr 2022 02:00

İmtahan 13 oktyabr 2022-ci il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

İmtahanda 6 nəfər iştirak edib. 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.  Növbəti GRE General Test imtahanının 3 noyabr 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/gre/