Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzində 23 fevral 2023-cü il tarixində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib
23 Fevral 2023 04:35
Gündəlik məsələ ümümtəhsil müəssisələrində qüvvədə olan 6-11-ci sinif dərsliklərinin məzmun baxımından müzakirəsi olub.
Müzakirələr zamanı dərsliklərin Azərbaycan və rus dillərində olan variantları müqayisə edilib, tərcümənin üst-üstə düşməsi, faktların dəqiqliyi yoxlanılıb. Nəticədə xidməti istifadə üçün tövsiyələr hazırlanmışdır. Həmin tövsiyələr qəbul imtahanları üçün sual kitabçalarının formalaşdırılmasında və test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.
Növbəti həftə müzakirələr davam etdiriləcək.
