Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 25-29 may tarixlərində Pearson VUE tərəfindən təqdim olunan beynəlxalq imtahanlar keçirilib

29 May 2020 02:39

25-29 may tarixlərində Dövlət İmtahan Mərkəzində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan Digital Marketing Institute şirkətinin “Certified Digital Marketing Professional” sertifikat imtahanı və Association of Certified Anti-Money Laundering Specialists təşkilatının “CAMS 6 English” adlı sertifikat imtahanı keçirilib.

Ümumilikdə imtahanlarda həftə ərzində 5 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçıların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 

Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz ingilis dili və müxtəlif ixtisas sahələri üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

İmtahanın adı

Gün

Saat

“Pearson Test of English Academic” (PTE-Academic)

Hər həftənin cümə axşamı günləri

Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox imtahan

Hər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri

Səhər növbəsi: 08:30–13:30

 

Günorta növbəsi: 14:00-18:00

 İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.