Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 28 mart 2023-cü il tarixində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

28 Mart 2023 04:51

Gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif üçün “Kimya” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçasının təkmilləşdirilməsi olub.

Dərslikdə verilən 5 bölmənin hər biri mövzu baxımından təhlil edilib. Dərslikdəki dəyişikliklər kitabçada nəzərə alınıb. İştirakçılar müzakirə edilən məsələ ilə bağlı fikirlər bildirib və təkliflər veriblər.

4 aprel 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.