Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzində 29 mart 2023-cü il tarixində fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclasları keçirilib
29 Mart 2023 04:30
Gündəlik məsələlər respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 11-ci sinif “Fizika” və 7-ci sinif “Русский язык” dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçalarının təkmilləşdirilməsi olub.
Dərsliklərdə verilən bölmələrin hər biri mövzu baxımından təhlil edilib. Dərsliklərdəki dəyişikliklər kitabçalarda nəzərə alınıb.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
5 aprel 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.
