Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 31 may 2023-cü il tarixində ədəbiyyat (rus bölməsi) fənni üzrə işçi qrupunun iclası keçirilib

31 May 2023 03:04

Gündəlik məsələ 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi olub.

Müzakirə zamanı respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif dərslikləri ilə növbəti tədris ili üçün nəzərdə tutulan dərsliklərin müqayisəli təhlili aparılıb.

İştirakçılar müzakirə edilən məsələ ilə bağlı fikir bildirib və təkliflər veriblər.