Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 5 aprel 2023-cü il tarixində fizika fənni üzrə işçi qrupunun iclası keçirilib

5 Aprel 2023 04:31

Gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 8-ci sinif üçün “Fizika” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçasının təkmilləşdirilməsi olub.

Dərslikdə verilən 6 bölmənin hər biri mövzu baxımından təhlil edilib. Dərslikdəki dəyişikliklər kitabçada nəzərə alınıb. İştirakçılar müzakirə edilən məsələ ilə bağlı fikirlər bildirib və təkliflər veriblər.

12 aprel 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.