Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 5 noyabr 2022-ci il tarixində işçi qruplarının iclasları keçirilib

5 Noyabr 2022 03:47

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirildiyi üçün həftənin 1-ci günləri keçirilən iclaslar şənbə günü təşkil edilib.

İclaslarda gündəlik məsələlər ümumi (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

Hər iki fənndən müzakirəyə təqdim edilmiş mətnlər və tapşırıq nümunələri mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.