Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 6-9 iyun 2023-cü il tarixlərində kimya, fizika, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

9 İyun 2023 03:15

Hər bir fənn üzrə iclasda gündəlik məsələ 20-21 may və 3-4 iyun 2023-cü il tarixlərində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının “Abituriyent” jurnalının birinci sayında dərc edilmiş qəbul proqramları və imtahan modelləri ilə müqayisəli təhlili olub.

İclaslarda test tapşırıqlarının qəbul proqramlarına, qüvvədə olan dərsliklərə və imtahan modellərinin strukturuna uyğunluğu təsdiq edilib.