Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində fənlər üzrə elmi-metodiki seminarlar keçirilib

26 Oktyabr 2019 01:55

Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. 

Gündəlik məsələlər müvafiq fənlər üzrə buraxılış və qəbul proqramlarının layihələrinin müzakirəsi və imtahanlarda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub. Seminar iştirakçıları gündəlik məsələlər barədə fikir bildirib, təkliflər veriblər. 

Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.