Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində fənlər üzrə hazırlıq kursları keçirilib

19 Aprel 2019 04:46

Hazırlıq kurslarının 1-ci dərsində moderatorlar yeni təhsil proqramlarının (kurikulumların) strukturu, məzmunu və mahiyyəti ilə bağlı, 2-ci dərsdə isə qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış ediblər.

Kursun iştirakçıları mövzularla bağlı fikir və təkliflərini bildirmişlər. Dərsin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. 

Növbəti həftədə keçiriləcək hazırlıq kurslarının qrafiki:

Fənnin adı

Həftənin 
günü

Başlanma 
vaxtı

İngilis dili

I

09:00

Azərbaycan dili

I

15:00

Kimya

II

09:00

Fizika

III

09:00

Rus dili

III

12:00

Biologiya

IV

08:30

Tarix

IV

12:30

Coğrafiya

V

08:30

Riyaziyyat

V

11:00

Hazırlıq kurslarının keçirildiyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; keçmiş Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı.