Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzində fənlər üzrə hazırlıq kursları keçirilib
31 May 2019 04:34
Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, magistrlər və sonuncu kurs bakalavrlar iştirak ediblər.
Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi olub. Moderatorlar kurs iştirakçılarının təqdimatları barədə öz fikir və təkliflərini bildiriblər. Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar moderatorlar tərəfindən cavablandırılıb.
Növbəti dərslərdə müzakirələr davam etdiriləcək.
