Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində fevralın 15-də TOEFL imtahanı keçirilib

16 Fevral 2020 01:49

İmtahanda 13 yerli vətəndaş və 1 əcnəbi olmaqla 14 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 

İmtahan nəticələrini ETS-in saytında 6 gün sonra onlayn şəkildə öyrənmək mümkün olacaq. 

Qeyd edək ki, növbəti TOEFL imtahanının fevralın 29-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/