Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində fevralın 29-da TOEFL imtahanı keçiriləcək

27 Fevral 2020 20:59

TOEFL IBT imtahanı 2020-ci il fevralın 29-da Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahan saat 09.30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər  saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün  http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.