Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib

26 Noyabr 2023 01:12

İmtahan 25 noyabr 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

İmtahanda 17 nəfər iştirak edib.

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

Növbəti GRE General Test imtahanının 10 dekabr 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/gre/