Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib

12 İyul 2024 14:45

İmtahan 12 iyul 2024-cü il tarixində təşkil olunub. İmtahanda 3 nəfər iştirak edib.

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti GRE General Test imtahanının 19 iyul 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre