Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib

15 Noyabr 2024 15:23

İmtahan 15 noyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda 2 növbədə təşkil olunub. İmtahanda 13 nəfər iştirak edib.

İştirakçılar imtahan nəticələrin ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 8-10 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti GRE General Test imtahanının 6 dekabr 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre