Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib

2 May 2025 14:27

İmtahan 2 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanda 4 nəfər iştirak edib.

İştirakçılar imtahan nəticələrin ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 8  -10 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti GRE General Test imtahanının 30 may 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre