Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib
13 Mart 2026 14:14
İmtahan 13 mart 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanda 1 nəfər iştirak edib.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 8 -10 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti GRE General Test imtahanının 22 may 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre
