Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib
18 Avqust 2023 02:09
İmtahan 18 avqust 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.
İmtahanda 2 nəfər iştirak edib.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10 -15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti GRE General Test imtahanının 2 sentyabr 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/gre/
