Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində ilk ACCA imtahanı keçirilib

24 Dekabr 2020 23:09

24 dekabr 2020-ci il tarixində DİM-də ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) kvalifikasiyasının “İdarəetmə uçotu (Management Accounting (MA))” imtahanı təşkil edilib.

“İdarəetmə uçotu” imtahanı ACCA kvalifikasiyasının ilk imtahanıdır. İmtahan 2 saat müddətində aparılıb və 1 nəfər iştirak edib.

Xatırladaq ki, DİM-ə ACCA beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya 2020-ci ilin avqust ayında bağlanmış saziş əsasında verilib.

ACCA 179 ölkədə 227 min üzvü olan, sertifikat və diplomları beynəlxalq şirkətlər tərəfindən qəbul edilən dünyanın ən böyük mühasibat təşkilatıdır.    

DİM-də təşkil edilən ACCA imtahanları barədə daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək olar:

http://dim.gov.az/news/5918/