Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində iyulun 26-da TKT (Teaching Knowledge Test) imtahanı keçiriləcək

25 İyul 2025 14:13

26 iyul 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TKT (Teaching Knowledge Test) imtahanı keçiriləcək.

İmtahan saat 09:00-da başlanır.

İştirakçılar saat 8:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

TKT (Teaching Knowledge Test) imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.