Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində iyunun 23-də GRE imtahanı keçiriləcək

22 İyun 2026 09:25

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2026-cı il iyunun 23-də  Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq.

İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.