Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində Litvalı ekspert tərəfindən dövlət qulluğuna qəbulda səriştələrin yoxlanılması üzrə situasiya yönümlü qiymətləndirmə alətlərinin hazırlanması istiqamətində təlimlər təşkil olunub

10 Dekabr 2018 21:43
Bu təlimlər Avropa İttifaqının Tvinninq aləti çərçivəsində maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi çərçivəsində Litvalı ekspert Irena Zukauskayte tərəfindən təlim öz işinə başlamışdır. Təlimin ilk günü Litvada dövlət qulluğuna qəbul zamanı istifadə olunan qiymətləndirmə alətlərinin xüsusiyyətləri, onların test və ya müsahibə mərhələsində tədbiqi müzakirə olunmuş, həmçinin situasiya əsasında səriştələrin qiymətləndirilməsi üzrə alətlərin hazırlanması prosesi, tapşırıqların keyfiyyət göstəriciləri, monitorinq imkanları və digər praktiki məsələlər istiqamətində təqdimatlar edilmişdir. Təlimin ikinci günü situasiya əsaslı tapşırıqların psixometrik parametrləri, alətin etibarlılığı və validliyinin göstəriciləri istiqamətində təqdimatlar və müzakirələr davam etdirilmişdir. Təlimin sonuncu günü praktiki məsələlərin müzakirəsi ilə yanaşı, situasiya yönümlü qiymətləndirmə alətlərinin Klassik və Müasir test nəzəriyyələri çərçivəsində təhlil edilməsi imkanlara toxunulmuşdur.

Qeyd etmək lazımdır ki, dövlət qulluğuna qəbulda səriştələrin yoxlanılması üzrə situasiya yönümlü qiymətləndirmə alətlərinin öyrənilməsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiyasının 5.4. bəndində əks olunan Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqinə hazırlıq məqsədini daşıyır.

******

These trainings were conducted by the Lithuanian expert Irena Zukauskaite within the framework of the EU funded Twinning project “Support to further reforms of the civil service system in Azerbaijan”.

On the first day of the training were discussed the features of assessment instruments used in civil service recruitment in Lithuania, their application in testing or interview stages, as well as have been made presentations on the process of preparing situational instruments on competency assessment, qualitative indicators of assignments, monitoring capabilities and other practical issues.

On the second day of the training, presentations and discussions were continued on the psychometric parameters of situational tasks, indicators of reliability and validity of the instrument.

On the last day of the training, alongside with discussing practical issues, the possibility of analyzing situational assessment instruments within the Classical and Contemporary test theories was highlighted.

It should be noted that the study of situational-oriented assessment instruments for competence testing in civil service recruitment approved by the Decree of the President of the Republic of Azerbaijan dated November 23, 2018, and Article 5.4 of the Strategy for Civil Service Development in the Republic of Azerbaijan for 2019-2025 is aimed at preparing the Civil service competency model.