Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində növbəti rəqəmsal SAT imtahanı keçirilib

6 Dekabr 2025 14:05

İmtahan 2025-ci il dekabrın 6-da Dövlət İmtahan Mərkəzinin Akademik Həsən Əliyev küçəsi, 299 və Süleyman Sani Axundov küçəsi, 50 ünvanlarında yerləşən inzibati binalarında təşkil olunub. 

İmtahanda 2 əcnəbi olmaqla, ümumilikdə 285 nəfər iştirak edib.

Növbəti imtahanın 2026-cı il martın 14-də keçirilməsi nəzərdə tutulur.

Faydalı keçidlər:

Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: international@dim.gov.az