Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində növbəti rəqəmsal SAT imtahanı keçirilib

6 İyun 2026 14:56

İmtahan 2026-cı il iyunun 6-da Dövlət İmtahan Mərkəzinin Akademik Həsən Əliyev küçəsi, 299 və Süleyman Sani Axundov küçəsi, 50 ünvanlarında yerləşən inzibati binalarında təşkil olunub. 

İmtahanda 3 əcnəbi olmaqla, ümumilikdə 311 nəfər iştirak edib.

Növbəti imtahanın 2026-cı il avqustun 22-də keçirilməsi nəzərdə tutulur.

Faydalı keçidlər:

Rəqəmsal SAT barədə DİM-in rəsmi internet səhifəsində ətraflı məlumat: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/sat-imtahanlari

Rəqəmsal SAT barədə “College Board”un rəsmi internet səhifəsində ətraflı məlumat: https://satsuite.collegeboard.org/digital

Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: international@dim.gov.az