Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək

30 Noyabr 2022 00:07

SAT imtahanı 2022-ci il dekabrın 3-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq  tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”.

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

SAT imtahanları haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.