Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilib

12 Mart 2022 20:18

2022-ci il martın 12-də DİM-in Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun SAT imtahanı təşkil olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. 

İmtahanda 2 əcnəbi olmaqla, ümumilikdə 91 nəfər iştirak edib.

Növbəti SAT imtahanlarının 2022-ci il mayın 7-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/