Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilib

26 Avqust 2022 23:31

2022-ci il avqustun 27-də DİM-in Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı keçirilib.

İmtahanda 3 əcnəbi olmaqla, ümumilikdə 105 nəfər iştirak edib.

Növbəti SAT imtahanının 2022-ci il oktyabrın 1-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in internet saytından əldə etmək olar:http://dim.gov.az/activities/exams/sat/