Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilib

2 Oktyabr 2022 20:58

2022-ci il oktyabrın 1-də DİM-in Nəsimi rayonu, Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı keçirilib.

İmtahanda 6 əcnəbi olmaqla, ümumilikdə 110 nəfər iştirak edib.

Növbəti SAT imtahanının 2022-ci il dekabrın 3-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in internet saytından əldə etmək olar:http://dim.gov.az/activities/exams/sat/