Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində Pearson VUE tərəfindən təqdim olunan beynəlxalq imtahanlar keçirilib

14 İyul 2020 03:20

Dövlət İmtahan Mərkəzində 8-10 iyul tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan informasiya texnologiyaları (İT) və layihələrin idarə edilməsi sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

-        Microsoft şirkətinin “Installation, Storage, and Compute with Windows Server 2016” sertifikat imtahanı;

-        Linux Professional Institute Testing institutunun “Linux Essentials Certificate Exam, version 1.6” sertifikat imtahanı;

-        PMI - Project Management Institute təşkilatının “Project Management Professional (PMP)®” sertifikat imtahanı.

Keçirilən imtahanlarda ümumilikdə 3 nəfər iştirak edib və keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün qaydalara və prosedurlara riayət olunub.

Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin, ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin cümə axşamı günləri

Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.