Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində “Şagird-məzun” dövlət elektron məlumat sistemi üzrə təlimatla bağlı seminar-treninq keçirilib

26 Oktyabr 2019 02:54

Seminarlarda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan Binəqədi, Nəsimi, Nərimanov, Sabunçu, Səbail və Qaradağ rayonlarında yerləşən ümumtəhsil müəssisələrinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiricilərinə buraxılış imtahanları, “Şagird-məzun” sistemində edilmiş dəyişikliklər, yeniliklər və onlardan istifadə qaydaları, DİM-in 2019/2020-ci tədris ili üçün təsdiq edilmiş yekun qiymətləndirmə üzrə təqvim planına uyğun olaraq görüləcək işlər, qarşıda duran vəzifələr üzrə ətraflı izahat verilib.

Görüşlərdə seminar iştirakçılarının sualları cavablandırılıb və görüləcək işlərin DİM-in təqvim planına uyğun olmasının, düzgünlüyünün və tamlığının vacibliyi qeyd edilib.