Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində SAT imtahanına qeydiyyat davam edir

19 May 2025 15:08

7 iyun tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) hər iki binasında keçiriləcək SAT imtahanına qeydiyyat davam edir.

 İmtahanın keçirildiyi ünvanlar:

  • Akademik Həsən Əliyev küçəsi, 299 (TC 60129)
  • Süleyman Sani Axundov küçəsi, 50 (TC 56582)

İmtahana qeydiyyatdan keçmək istəyən namizədlər “College Board”-un rəsmi saytına keçid edərək (https://satsuite.collegeboard.org/sat/registration) hesab yaratmalı və yuxarıda qeyd edilən DİM-in test mərkəzlərindən birini seçərək qeydiyyatı tamamlamalıdırlar.

İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar:

1.  Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2.  Buraxılış vərəqəsi – “Admission Ticket”;

3.  “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd edək ki, 7 iyun SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl Bluebook-da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına “Buraxılış vərəqəsi” onlayn qaydada təqdim ediləcəkdir.

Faydalı keçidlər:

2025-ci ildə SAT imtahanının DİM-in hər iki binasında aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:

  • 7 iyun
  • 23 avqust
  • 13 sentyabr
  • 4 oktyabr
  • 8 noyabr
  • 6 dekabr

Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: international@dim.gov.az