Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzində şəhidlərimizin əziz xatirəsi yad edilib
27 Sentyabr 2023 20:51
Anım Günü – 27 Sentyabr saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi Dövlət İmtahan Mərkəzində yad edilib.
DİM əməkdaşları şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Qeyd edək ki, DİM-in kollektivi bu gün şəhidlərimizin xatirəsini yad etmək üçün Zəfər Parkını da ziyarət edib və parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzüblər.
