Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində sentyabrın 5-də GRE:General Test imtahanı keçirilib

7 Sentyabr 2020 03:20

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 4 yerli vətəndaş və 1 əcnəbi olmaqla 5 nəfər iştirak edib.

İmtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənmək mümkün olacaq. 

Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə GRE Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir. 

Növbəti GRE imtahanının sentyabrın 8-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/GRE/