Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

16 Noyabr 2022 02:25

2022-ci il noyabrın 16-da Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

İmtahanda 6 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

Növbəti TOEFL iBT imtahanının 3 dekabr 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/