Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

28 Sentyabr 2026 10:43

2026-cı il sentyabrın 26-da DİM-in elektron imtahanlar korpusunda növbəti TOEFL İBT imtahanı təşkil olunub. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 5 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

İmtahanda 12 nəfər iştirak edib.

Növbəti TOEFL iBT imtahanının 07 oktyabr 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt