Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

7 Oktyabr 2026 14:23

2026-cı il oktyabrın 7-də DİM-in elektron imtahanlar korpusunda növbəti TOEFL İBT imtahanı təşkil olunub. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 5 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

İmtahanda 9 nəfər iştirak edib.

Növbəti TOEFL iBT imtahanının 24 oktyabr 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt