Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

3 Aprel 2024 01:34

2024-cü il aprelin 3-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İmtahanda 2 əcnəbi olmaqla, 9 nəfər iştirak edib.

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının 13 aprel 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/