Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

29 May 2024 08:01

2024-cü il mayın 29-da Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İmtahanda 14 nəfər iştirak edib.

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının 12 iyun 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/