Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

17 Avqust 2024 12:12

2024-cü il avqustun 17-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

İmtahanda 15 nəfər iştirak edib.

Növbəti TOEFL iBT imtahanının 7 sentyabr 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt