Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində TOEFL iBT və GRE beynəlxalq imtahanları keçirilib

28 Mart 2021 23:42

2021-ci il martın 24 və 27-də DİM-də TOEFL iBT imtahanları keçirilib. İmtahanlarda ümumilikdə 19 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının aprelin 10-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/activities/exams/toefl/

GRE imtahanı isə martın 26-da təşkil olunub. İmtahanda 1 nəfər iştirak edib. İmtahan nəticələri ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənilə bilər.

Növbəti GRE imtahanının aprelin 2-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/GRE/