Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində ТРКИ (Тест по русскому языку как иностранному) imtahanı keçirilib

11 Avqust 2022 05:09

1 namizəd Xarici dillər üzrə Ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) səviyyələri əsasında hazırlanmış ТРКИ imtahanın ən yuxarı səviyyəsi – C2 üzrə imtahan verib.

11 avqust 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində ТРКИ (Тест по русскому языку как иностранному) imtahanı təşkil edilib.

Dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan kompüter vasitəsilə keçirilib. İmtahan nəticələri 7 iş günündən sonra elektron poçt vasitəsilə namizədə göndəriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

İmtahan haqqında daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Qeydiyyat: https://eservices.dim.gov.az/iexams/az/login.aspx