Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzinin 44 günlük Vətən müharibəsi şəhidlərinin məktəbli övladları üçün təşkil etdiyi tədbirlərə dair HESABAT

1 May 2022 20:56

DİM ilə “YAŞAT” Fondu arasında əməkdaşlığa dair 4 noyabr 2021-ci il tarixində imzalanan Anlaşma Memorandumunun 5.1-ci bəndinə əsasən 2021-2022-ci tədris ili üçün rayon təhsil şöbələri və Fondun təqdim etdiyi məlumatlar əsasında 630 şəhid övladı öz istəklərinə uyğun olan köməkçi tədris materialları ilə təmin edilib.

2021-ci ilin noyabr ayından etibarən DİM tərəfindən Bakı, Naxçıvan, Gəncə, Bərdə, Tovuz, Şirvan, Lənkəran, Xaçmaz və Göyçay şəhərlərində Vətən müharibəsi şəhidlərinin məktəbli övladlarının iştirakı ilə silsilə tədbirlər keçirilib. Tədbirlər zamanı iştirakçılara “Abituriyent” jurnalı tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri, otk.az saytı vasitəsilə keçirilən sınaq imtahanlarına ödənişsiz kuponlar təqdim edilib. 

Tədbir keçirilən şəhərlər

Şəxslərin sayı (nəfər)

Kitab sayı (ədəd)

Otk.az kuponu (ədəd)

1.     

Naxçıvan

25

73

25

2.     

Gəncə

121

244

121

3.     

Şəmkir

67

350

67

4.       

Şəki

30

112

30

5.     

Göyçay

24

118

24

6.     

Şirvan

16

63

16

7.     

Lənkəran

67

287

67

8.     

Xaçmaz

22

74

21

9.     

Bərdə

150

631

150

10.  

Bakı

108

387

105

Cəmi:

630

2339

626


Bundan əlavə, iştirakçılara keyfiyyətli psixoloji dəstək göstərmək, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşünün genişləndirilməsinə töhfə vermək məqsədi ilə DİM tərəfindən yaradılan e-psixoloq.az saytı barəsində məlumat verilib.

Bu müddət ərzində DİM-in inzibati binasında, eləcə də regional bölmələr tərəfindən keçirilən tədbirlərdə müxtəlif səbəblərdən iştirak edə bilməyən 336 şəhid övladına da ehtiyacları əsasında DİM-in vəsaitlərinin göndərilməsi təmin edilib. Bakı və ətrafı ərazilərə, həmçinin Sumqayıt şəhərinə çatdırılmanın edilməsində “Proton&Alib Ekspress” şirkəti tərəfindən tam dəstək göstərilib.

Qeyd edək ki, növbəti tədris ili başlamadan öncə şəhid övladlarının DİM-in vəsaitləri ilə təmin edilməsi fəaliyyəti davam etdiriləcək.