Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsində aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib

9 Aprel 2023 21:28

Struktur bölmənin adı: Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsi.

Vəzifənin adı: aparıcı məsləhətçi.

Təhsilə dair tələb:   ali təhsil.

İş təcrübəsinə dair tələb:  tələb müəyyən edilmir

Qulluq funksiyaları:

  •  imtahanın keçirilməsində iştirak edəcək şəxslər haqqında məlumat bazasının zənginləşdirilməsi və anketləşdirilməsi;

  •  imtahana cəlb olunan şəxslərlə işin aparılması;

  • imtahan keçirilən binaların zənginləşdirilməsi, qəbul edilmiş sxemə uyğunluğunun yoxlanılması;

  • sənəd qəbulu komissiyaları ilə işin aparılması;

  • regionda imtahanların təşkili və keçirilməsi ilə əlaqədar təşkilati işlərin görülməsi;

  • marker müəllimlərlə yoxlama işinin təşkil edilməsi;

  • şagird-məzun bazası ilə alaqədar görülən işlərin qrafik üzrə çatdırılmasına nəzarət edilməsi;

  • tələbə-məzun sistemi ilə əlaqədar regiondakı təhsil müəssisələri ilə işin təşkili;

  • regionda müvafiq tədbirlərin, seminarların, konfransların keçirilməsi üçün təşkilati işlərin görülməsi;

  • keçirdiyi tədbirlərin nəticələrinə əsasən araş­dırmaların aparılması, ümumi hesabatların və təkliflərin hazırlanması;

  • regional bölməyə daxil olan sənədlərin, eləcə də vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;

  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);

  • bölmə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2, rus dili – B2.

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Bərdə regional bölmədə aparıcı məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 25 aprel 2023-cü il tarixinədək göndərə bilərlər.