Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsində vakansiya elan edilib
30 Yanvar 2024 21:36
Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsində məsləhətçi və aparıcı mütəxəssis vəzifələri üzrə vakansiya elan edilib.
Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.
Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə fevralın 15-dək hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
