Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzinin əməkdaşı dövlət qurumlarının əməkdaşları arasında keçirilən badminton yarışında birinci yeri tutub

14 Oktyabr 2026 15:05

Oktyabrın 11-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. 1 saylı idman təmayüllü liseyin badminton zalında təşkil olunan yarışda 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.

Kişilər arasında Dövlət İmtahan Mərkəzinin əməkdaşı Emil Təhməzov birinci yeri tutub. Əməkdaşımızı bu qələbə münasibətilə təbrik edir, ona yeni uğurlar arzu edirik.