Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzinin əməkdaşları 1 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllülərlə görüşdə iştirak ediblər

16 May 2025 15:02

2025-ci il 16 may tarixində Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov və Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov 1 saylı  Bakı “ASAN xidmət” mərkəzində könüllülərlə görüşdə iştirak ediblər. Görüş Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli 1816 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün” Tədbirlər Planının icrası ilə əlaqədar olaraq təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən 1 saylı  Bakı “ASAN xidmət” mərkəzinin direktoru Kamil Baxşəliyev könüllülük fəaliyyətinin əhəmiyyəti, könüllülük proqramları, könüllülərin karyera inkişaf planları və s. barədə məlumat verib.

Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov təqdimatla çıxış edərək gənclərə müasir təhsildə yeniliklər və rəqəmsal bacarıqlar barədə məlumat verib. Təqdimat zamanı  Dövlət İmtahan Mərkəzinin yaranma tarixi, fəaliyyət istiqamətləri, elektron xidmətlər, statistik nəticələr barədə ətraflı müzakirə aparılıb. Tədbirin sonunda gənclərin sualları cavablandırılıb.