Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzinin əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
14 Dekabr 2020 00:25
2020-ci il dekabrın 12-də Dövlət İmtahan Mərkəzində ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşları Heydər Əliyevin DİM-in inzibati binasında yerləşən büstünün önünə gül qoyublar və ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
