Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Musiqi sənəti istiqaməti üzrə qabiliyyət tələb edən ixtisaslara qəbul aparan ali təhsil müəssisələrinin rəhbər heyəti ilə görüşüb

26 Noyabr 2025 14:32

Görüşdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Qarabağ Universitetinin “İncəsənət” fakültəsinin dekanı Türkər Qasımzadə, Bakı Xoreoqrafiya Akademiyasının Elmi işlər üzrə prorektoru Həbibə Məmmədova, Bakı Musiqi Akademiyasının dekanları Nəzakət Rimazi və Gülzar Mahmudova, Naxçıvan Dövlət Universitetinin nümayəndələri və Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrin əməkdaşları iştirak ediblər.

Görüş zamanı 2026/2027-ci tədris ili üçün qabiliyyət imtahanlarının müsabiqə şərtləri, keçiriləcək qabiliyyət imtahanları ilə əlaqədər ali təhsil müəssisələri ilə keçirilən seminar – görüşlərin yekunu haqqında qarşılıqlı razılıq əsasında nəticələr səsləndirilib.

Dövlət İmtahan Mərkəzi və ali təhsil müəssisələrinin  birgə razılığı ilə “İnstrumental ifaçılıq” ixtisası (alətlər) üzrə təhsil tələbi və qabiliyyət imtahanları bütün ali təhsil müəssisələri üzrə eyniləşdirilərək aşağıdakı cədvələ uyğun birləşdirilib.

İxtisas

Musiqi təhsili üzrə tələb

Qabiliyyət imtahanları

İnstrumental ifaçılıq:

fortepiano, orqan, klavesin, violin, klarnet, saksofon, fleyta, tar, kamança, qanun

 

11 illik və ya kollec təhsili

1. İxtisas

2. Nəzəriyyə imtahanı

(Musiqi nəzəriyyəsi və solfecio Harmoniya, Musiqi ədəbiyyatı)

İnstrumental ifaçılıq: viola, violonçel, arfa, kontrabas, gitara, truba, tuba, valtorna, trombon, qoboy, faqot,  zərb alətləri, qarmon, nağara, saz, balaban, zurna, ney, tütək

5 illik

1.İxtisas,

2. Musiqi nəzəriyyəsi və solfecio

 

 

 

Abituriyentlərə nəzəriyyə fənləri üzrə test tapşırıqlarının saylarını təqdim edirik:

“İnstrumental ifaçılıq” ixtisası - fortepiano, orqan, klavesin, violin, klarnet, saksofon, fleyta, tar, kamança, qanun alətləri üzrə “Nəzəriyyə imtahanı”:

  • Musiqi nəzəriyyəsi və solfecio fənni – 20 sual: 5 dinləmə, 15 nəzəri
  • Harmoniya fənni –  20 sual: 5 dinləmə, 15 nəzəri
  • Musiqi ədəbiyyatı fənni – 20 sual: 8 dinləmə, 12 nəzəri

İnstrumental ifaçılıq ixtisası - viola, violonçel, arfa, kontrabas, gitara, truba, tuba, valtorna, trombon, qoboy, faqot,  zərb alətləri, qarmon, nağara, saz, balaban, zurna, ney, tütək alətləri üzrə “Musiqi nəzəriyyəsi və solfecio” imtahanı:

  • Musiqi nəzəriyyəsi və solfecio fənni – 30 sual: 5 dinləmə, 25 nəzəri

 Qeyd edək ki, nəzəriyyə fənləri üzrə test imtahanı bir gündə keçiriləcək. Abituriyentlərə bir kitabçada fənlər üzrə qapalı tipli test tapşırıqları təqdim olunacaq. Nəzəriyyə fənləri üzrə imtahan proqramları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

Harmoniya fənni üzrə proqram

Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə proqram

Musiqi ədəbiyyatı fənni üzrə proqram

Musiqi ədəbiyyatı fənni üzrə proqram (tar, kamança, qanun)

Musiqi sənəti istiqamətinin  ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul şərtləri və qaydaları, eləcə də qiymətləndirmə meyarları və forması haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Musiqi sənəti ” adlı vəsaitdə dərc ediləcək.